Türkiyənin Bursa şəhərində dəhşətli intihar hadisəsi baş verib.
Unikal.org-un məlumatına görə, 42 yaşlı 2 uşaq anası olan qadın məktub yazaraq yataq otağında intihar edib. Hadisəni ilk görən qadının həyat yoldaşı əraziyə tibbi yardım və polis işçilərinı çağırıb. Polisin evdəki axtarışları zamanı evdən qadının intihar məktubu tapılıb.
Tapılan intihar məktubunda gənc ana bu sözləri yazıb:
"Əgər iflic olarsam və ya ölsəm, həyat yoldaşım, qayınanam, anam, məzarıma gəlməsin. Heç kimim yoxdur. Məni kimsəsizlər qəbirstanlığında dəfn edin. Həyat yoldaşıma, anama, ayınanama haqqqımı halal etmirəm. Yalnız övladlarım məzarımın yerini bilsin. Cənazəmi həyat yoldaşıma və ailəmə verməyin".
Gənc qadın əri, qayınanası və anası tərəfindən edilən zülmlərdən bezdiyi üçün həyatına son qoyduğu iddia edilib.
Gülayə Mecid