Bu gün Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı artıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 23-ə çatıb.
***15:43
Türkiyənin Van vilayətində qar uçqunu baş verib.
Unikal.org-un məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub. Bununla da ölənlərin sayı 13-ə çatıb.
Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, uçqun altında 10-15 nəfər qala bilər. Hazırda itkin düşənlərin axtarışları aparılır.
Qeyd olunur ki, birinci uçqun baş verdikdən sonra, itkin düşənlərin axtarışları davam edərkən ikinci uçqun baş verib.
Qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orhan da xəsarət alıb. O, uçqunun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda Vanda hava küləksiz və qarsız olsa da, sabah qar yağacağı gözlənilir. 1 dərəcə civarında olan temperaturun mənfi 5 dərəcəyə düşəcəyi gözlənilir.