Tanınmış milyarder İlon Mask son sutka ərzində 4,4 milyard dollar itirib.
Unikal.org-un xarici KİV-ə istinadən xəbər verir ki, iş adamının sərvəti 10,1 faiz azalaraq 38,7 milyard dollara düşüb. Bu geriləmə Maskın sahibi olduğu Tesla şirkətinin səhmlərinin ötən gün 14 faiz ucuzlaşmasına görə olub. Belə ki, hazırda Teslanın hər səhminin qiyməti 900 dollardan 767 dollara düşüb. Ucuzlaşma Çində koronavirus fonunda şirkətin bu ölkədə elektromobil istehsal edəcək zavodunun işini dayandırması ilə bağlıdır. Xatırladaq ki, İlon Mask fevralın 3-ü 4,6 milyard, fevralın 4-ü isə 5 milyard dollar qazanmışdı.