İstanbulda sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində 3 nəfər həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, hadisə zamanı 157 nəfər xəsarət alıb. Yaralananlardan biri azərbaycanlıdır.

Səhiyyə naziri Fəxrəddin Qocanın açıqlamasına istinadən xəbər verib.