Pakistanda təcavüzə məruz qalan qadın təcavüzkarın cinsi orqanını kəsərək ondan qurtulub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pəncab əyalətində baş verib. 25 yaşlı qadın evinə zorla girən adamın təcavüzünə uğrayıb. Ev sahibəsi qadın mətbəxdən götürdüyü bıçaqla evinə girən adamın cinsi orqanını kəsib.
28 yaşlı təcavüzkar şəxs isə xəstəxanaya yerləşdirilib. O, hələ ki danışa bilmir.