Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini müəyyən etmək üçün nəzərdə tutulan referendum barədə qanun layihəsini qəbul edib.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, 88 deputat layihənin lehinə, 15 nəfər isə əleyhinə səs verib. “Çiçəklənən Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib.

Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, referendum mart ayının sonu və aprelin əvvəlində keçirilə bilər.