Sinqapurda Çində səfərdə olmamış 3 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Sinqapur Səhiyyə Nazirliyi yayıb.

Sinqapurda virusa yoluxanların sayı 33-ə çatıb. Koronavirus daşıyıcıların 14-ü Sinqapur vətəndaşıdır. 33 xəstədən 2-si müalicə edilərək evə buraxılıb. Qalan 31 nəfərin çoxunun vəziyyəti stabildir, 2 nəfərin vəziyyəti isə kritikdir.

Xatırladaq ki, son məlumata görə, koronavirusdan ölənlərin sayı 600-ü ötüb, yoluxanların sayı isə 22 mindən çoxdur.