"Qarabağ”ın transfer etmək istədiyi Alper Potukun Azərbaycana gəlmək istəmədiyi bildirilib.
Unikal.org xəbər verir ki, bu barədə "Milliyət” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, Türkiyə millisinin sabiq üzvü əvvəlcə "Fənərbaxça” ilə olan müqaviləsinə qaşılıqlı xitam vermək istəyib. İstanbul təmsilçisi oyunçunun bu təklifini qəbul etsə də, ona şərt qoyub. Belə ki, Alperin azad agent qalacağı təqdirdə "Qalatasaray, "Başakşəhər” və "Trabzonspor”a getməsinə qadağa qoyulub.
28 yaşlı futbolçu isə bununla razılaşmayıb. Bu vaxt təcrübəli oyunçunun "Qarabağ” a keçməsi gündəmə gəlib. Ağdam klubu Alperi mövsümün sonuna qədər icarəyə götürmək istəyib. Hətta "Köhlən atlar” futbolçunun 6 aylıq maaşının "Fənərbaxça” ilə birgə ödənməsində klubla razılığa gəlib. Ancaq bu səfər də futbolçu "Qarabağ” gəlməkdən imtina edib.
Qeyd edək ki, "Fənərbaxça” mövsümün ikinci yarısı üçün Alper Potuku sifariş etməyib. İstanbul təmsilçisi ona mövsümün sonuna qədər icazə verib.