“Instagram” sosial şəbəkəsi tətbiqinin “abunələr” bölməsi xüsusi kateqoriyalar əlavə edilib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı “Instagram”ın baş direktoru Adam Mosseri “Twitter” səhifəsində yayıb.
Yeni dəyişiklik özündə iki əlavəni ehtiva edir: - paylaşım lentində ən çox göstərilən profillər və istifadəçinin ən az əlaqədə olduğu hesablar.
Məlumata görə, yeni dəyişiklik sosial şəbəkəyə reklamlara baxış sayını artırmağa yol açacaq.
İstifadəçilər isə maraqsız paylaşımları az görməyə başlayacaqlar və lenti çevirməyə davam edəcəklər.