“Çindən heyvan və heyvan məhsullarının idxalı müvəqqəti olaraq dayandırılıb”.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
“Çindən gələn 61 nəfərdən ikinci dəfə nümunə alınıb. İkinci nümunələrin də neqativ olduğu müəyyənləşib. Yəni gələn insanlarda koronavirus aşkarlanmayıb”, - o deyib.