“Barselona”nın keçmiş futbolçusu Kristoff Düqarri klub rəhbərliyini sərt tənqid edib.
Unikal.org "goal.com"a istinadən xəbər verir ki, o, keçmiş komandasını “təlxəklər klubu” adlandırıb. Son günlər klub rəhbərliyi ilə Messi arasındakı problemlər, o cümlədən "Barselona"nın dünən İspaniya Kubokunda "Atletik"ə uduzması komanda rəhbərliyindən narazılığı daha da artırıb. Düqqari klubun apardığı siyasəti uğursuz sayıb:
“Barselona”nın problemi çoxdur. Onlarda hər şey tərsinədir. Misal üçün, Koutinyo və Dembeleni aldılar, indi isə satmağa hazırdırlar. Məndə belə bir təəssürat yaranıb ki, klubun uzunmüddətli layihəsi yoxdur. İndi onlar üçün prioritet yeni müddət üçün prezident seçməkdir. Klubda fikir-ayrılıqları var. Klubda peşəkarlıqdan uzaq xeyli insan toplaşıb”.
Qeyd edək ki, 1998-ci ildə Fransa millisi ilə dünya çempionu olan Düqarri 1997-1998-ci illər mövsümündə “Barselona”da çıxış edib.