Çində "Apple" üçün "iPhone" markalı telefonları istehsal edən "Foxconn" şirkəti koronavirusun yayılması səbəbindən maska işinə də girəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şirkət gündə 2000 maska istehsal etməyi hədəfləyib. Daha öncə də xəbər verdiyimiz kimi, Çində maska qıtlığı yaşanır. Qoruyucu maskaları istehsal edən şirkətlər artıq insanların tələblərini qarşılaya bilmir.
"Foxconn" şirkəti də bu səbəbdən maska istehsal edəcək.