Hindistanın şimal-qərbindəki Tarn-Taran bölgəsində keçirilən dini mərasimdə həyata keçirilən atəşfəşanlıq zamanı fişənglərin partlaması nəticəsində 10-dan çox adam ölüb, xəsarət alanlar var.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, insident partlayan fişənglərdən qığılcımların yerdəki fişəng qutusuna düşməsi nəticəsində baş verib.
Pəncab polisi olayı təsdiqləyib.
Polisin məlumatına görə, hadisə şahidləri 14-15 nəfərin yerində öldüyünü, 3 nəfərin ağır vəziyyətdə xəstəxanaya aparıldığını bildirib.
İlkin məlumatlara görə, 11 nəfər xəsarət alıb.