"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim haqda gündəm yaradacaq iddia ortaya atılıb.
Unikal.org "goal.com.tr"ə istinadən xəbər verir ki, 66 yaşlı təcrübəli mütəxəssis "cimbom"un prezidenti ola bilər. Belə ki, mövsümün bitiminə az qalmış Fatih Terimin də bu posta namizədliyinin irəli sürüləcəyi gözlənilir. Əgər o, namizədliyini təsdiq etsə, hazırki prezident Mustafa Çingiz üçün əsas rəqib olacaq.
Yayılan məlumatlara görə, yaxın çevrəsi Fatih Terimə prezidentliyə namizəd olmağı təklif edib və təcrübəli mütəxəssis daha əvvəl də belə bir xəyalının olduğunu deyərək, namizədliyini irəli sürməyi qəbul edib. Xəbərlərdə o da qeyd olunur ki. Terim əgər klubun rəhbəri olarsa, son zamanlar böyük çətinlik içində olan əzəli rəqib "Fənərbağça"nın prezidenti Ali Koçla da hesablaşacaq.