Ümumdünya Səhiyyə Təşkilatının yaydığı xəbərə görə "Yeni koronavirus pnevmaniyası”-dan (NCP) ölənlərin sayı 812 nəfər çatıb.

Unikal.org məlumat verir ki, Çində virusa yoluxanların ümumi sayı 37 min 198 nəfər olaraq açıqlanıb. Onlardan 6 min 188-nin vəziyyətinin ağır olduğu bildirilib.

Son 24 saat ərzində isə dəhşətli virusdan dünyasını dəyişənlərin sayı 89 nəfərə çatıb.