Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebinin dirsəyi qırılıb.
Unikal.org "Qol.az" saytına istinadən xəbər verir ki, hadisə komandanın "Fulya Hakkı Yeten" bazasında baş verib.
Çebi orada "ağ-qaralar"ın qadınlardan ibarət komandasının "Ataşehir Belediyespor"la oyununu izləyərkən yıxılıb.
Xəstəxanada müalicə olunduqdan sonra o, evinə buraxılıb.