“Tottenhem”in baş məşqçisi Joze Mourinyo saçlarını kəsdirməsinin səbəbini açıqlayıb.
Unikal.org xəbər verir ki, İngiltərə mətbuatına danışan portuqaliyalı mütəxəssis, bunları deyib:
“Zaman-zaman belə şeyləri etməyi sevirəm. Bəzən soyuqluğu başınızda hiss etmək və dəyişmək istəyirsiz. Ancaq bu dəfə fərqlidir. Çarpayıda uzandım və saçımın çox dağınıq olduğunu gördüm. Buna görə də, artıq bu haqda düşünməməyə qərar verdim və saçımı “sıfır”a endirdim. Ümid edirəm ki, yenidən uzanacaqlar”.