Asiya Futbol Konfederasiyası Kubokunun qrup mərhələsində ilk turun “Seres” (Filippin) – “Svayrienq” (Kamboca) matçında əllə vurulan qol hesaba alınıb.

Unikal.org xəbər verir ki, 14-cü dəqiqədə “Seres”in müdafiəçisi Coşua Qrommen topu Dieqo Maradona üslubunda tora göndərib. Referi isə mərkəzi göstərib. 

Nəticədə hesab 2:0 olub. Baş hakimin yanlış qərarından məyus olan qonaqlar daha 2 top buraxaraq, 0:4 hesabı ilə uduzublar.

Qeyd edək ki, Dieqo Maradona əllə qolu 1986-cı il dünya çempionatının 1/4 final matçında Argentina millisinin üzvü kimi İngiltərənin qapısından keçirib. Həmin vaxt da baş hakim bu qolu hesaba alıb. Görüş isə Argentinanın qələbəsi ilə yekunlaşıb - 2:1.