Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfrans keçirilib. 

Unikal.org xəbər verir ki, konfransda çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov  ""Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hər il ölkədə 10 min yeni iş yeri açılır" deyə bildirib. 

O bildirib ki, böyük tədbirlər zamanı ekoloji cəhətdən düzgün davranmaq lazımdır. 

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.