Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları davam edir.
Unikal.org xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
Superliqada çempionluq uğrunda mübarizə aparan iki komanda - "Qalatasaray"la "Alanyaspor" üz-üzə gəliblər. İlk oyunda səfərdə 0:2 hesabı ilə məğlub olan İstanbul təmsilçisi cavab qarşılaşmasında 2 top fərqilə qələbə qazanaraq, ümumi hesabı bərabərləşdirib. Lakin səfər qolu sayəsində "Alanyaspor" mərhələ adlayıb, "Qalatasaray" isə mübarizəni dayandırıb.
Beləliklə, "Fənərbaxça"dan sonra "Alanyaspor" da adını yarımfinala yazdırıb. Bu komandaların rəqibləri fevralın 13-də keçiriləcək digər görüşlərdən sonra müəyyənləşəcək. "Ərzurumspor" - "Trabzonspor" (ilk oyun - 0:5) cütünün qalibi "Fənərbaxça"ya, "Sivasspor" - "Antalyaspor" (0:0) qarşılaşmasında sevinən tərəf isə "Alanyaspor"a rəqib olacaq.