Türkiyənin Əsənyurd ərazisində 12 yaşlı suriyalı məktəbliyə təcavüz edən məmura ananın şikayəti əsasında cinayət işi açılıb.
Unikal.org məlumat verir ki, məmur azyaşlıya özünü müdir müavini kimi tanıdaraq onu məktəbdə boş otaqlardan birinə aparıb. Daha sonra suriyalı məktəbliyə pul verərək susmasını istəyib.
Belə ki, iyrənc hadisənin təfərrüatlarını anasına danışan suriyalı qız müşahidə altına alınıb. Həbs edilən məmur ifadəsində qızın atası olmadığını bilərək, ona yaxınlaşdığını qeyd edib.
Faktla bağlı araşdırma aparılır.
Gülayə Mecid