UEFA "Mançester Siti" klubunu Avropadaxili yarışlardan iki il müddətinə kənarlaşdırıb.
Unikal.org xəbər verir ki, buna səbəb İngiltərə təmsilçisinin UEFA-nın maliyyə "fair-play" qaydalarının pozulması olub. Bundan əlavə, "şəhərlilər" 30 milyon avro məbləğində cərimələnib.
Kənarlaşdırılma cəzası 2020/21 və 2021/22 mövsümlərini əhatə edəcək.
"Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.