PSJ-nin baş məşqçisi Tomas Tuxelin ÇL-in 1/8 finalında Dortmund "Borussiya”sı ilə keçirilən oyunda Mauro İkardini ehtiyatda saxlaması insidentə səbəb olub.

Unikal.org xəbər verir ki, Tuxelin bu qərarından qəzəblənən İkardi bir neçə stulu yerə çırpıb. İkardinin hirsi komanda Parisə qayıtdıqdan sonra da soyumayıb. O, bir neçə komanda yoldaşı ilə mübahisə edib, onlara qarşı ağır ifadələr işlədib.

Qeyd edək ki, İkardi PSJ-yə ötən yay "İnter”dən icarə əsasında keçib. 27 yaşlı argentinalı Fransa çempionatında 18 oyunda meydana çıxıb, 11 qol vurub, 2 qol ötürməsi edib.