Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb.

Unikal.org xəbər verir ki, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji  hadisədir. 

O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.