İranın Gilan əyalətinin Lahican şəhər xəstəxanasında koronavirusa yoluxduğu güman edilən tibb bacısı ölüb.

Unikal.org İranın ILNA xəbər agentliyinə istinadən xəbər verir ki, Nərgiz Xanəlizadənin 25 yaşında olduğu və 4 ildir xəstəxanada tibb bacısı işləyədiyi qeyd olunub. 

Onun koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik dəqiq məlum deyil.