Heydər Əliyev prospektində Yusif Səfərov küçəsi istiqamətində Heydər Əliyev mərkəzi yaxınlığında körpünün altında yük maşını aşıb.

Unikal.org xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib. BNA rəsmisi əlavə edib ki, hazırda şəhər istiqamətində həmin hissəyədək sıxlıq müşahidə olunur.