Bu gün səhər 9:33 radələrində Bakı metrosunda sərnişin sıxlığı yaşanıb və qatarların intervalında gecikmələr müşahidə olunub. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a verilən məlumata görə, problem "Dərnəgül"dən "Həzi Aslanov" istiqamətinə hərəkət edən qatarda baş verib:

"Texniki səbəblərdən maşinist qatara baxış keçirmək üçün Memar Əcəmidə sərnişinləri düşürüb. Stansiya dalanına verilib qatar. Əvəzinə depodan qatar verilib. Həmin vaxt "Memar Əcəmi" "Nərimanov" stansiyasında 1 qatar xətdə olmadığı üçün iki qatar arasında interval iki dəfə artıq olub".