Zaqatalada evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğrulanıb.

Unikal.org-un məlumatına görə, hadisə ötən gün rayonun Aşağı Tala kəndində qeydə alınıb. Kənd sakini Dibir Ramazanovun yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 200 manat pul oğurlanıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.