Xətai rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 150 manat, 4 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Şıxəliyev və qrupun digər üzvləri Bakı şəhər sakinləri A.Cəbrayılov və M.Şıxəliyev saxlanılıblar.