Zaqatala rayon sakinindən yivli silah götürülüb. 

Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hazırda elektron qolbaq daşıyan Əşrəf Hacızadə saxlanılıb. 

Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.