Futbol üzrə Türkiyə Super Liqasında 24-cü tura yekun vurulub.
Unikal.org xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Belə ki, İstanbul klubu "Başakşəhər" öz meydanında "Qaziantep"i 3:1 hesabı ilə məğlub edib. Digər matçda isə "Kayserispor" komandası "Göztepe"yə minimal hesabla (1:0) qalib gəlib.
Bu oyundan sonra xallarının sayını 49-a çatdıran "Başakşəhər" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. İkinci sırada 48 xalla "Trabzonspor", üçüncü isə 48 xalı olan "Qalatasaray" qərarlaşıb.