Nardaran qəsəbəsində avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nardaran qəsəbəsi ərazisindən qəsəbə sakini A.Abışovun “VAZ-2107” markalı avtomobili qaçırılıb. Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri  A.Əliyev, əvvəllər məhkum olunmuş B.Bayramov və borclu kimi axtarışda olan, əvvəllər məhkum olunmuş Ə.Qədirov avtomobillə birgə Sabunçu qəsəbəsi ərazisində saxlanılıblar.