Bursa şəhərində 3 fahişəxanaya basqın edilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində 13 şübhəli şəxs saxlanılıb. Evlərdən birində tapılan oyuncaq ayının içərisindən isə 20 min TL (5500 manat), 3 min dollar (5100 manat) və sənədi olmayan silah çıxıb. 

Zorla fahişəliyə cəlb olunduqlarını bildirən 20 qadının ifadəsi alınıb. Saxlanılan şübhəlilər isə ədliyyəyə aparılıb.