Sinqapurda 7 fevral tarixində koronavirusa yoluxma diaqnozu qoyulan Culie adlı qadın 9 gün ərzində karantin altında saxlanılaraq müalicə olunaraq sağalıb. O, karantin müddətində yaşadıqlarını danışıb.

Unikal.org xəbər verir ki, 9 gün ərzində sağalan qadın "İlk öncə onu deyim ki, nə öskürək nə də burun axıntısı yox idi. 7 fevral tarixində isə gecə saat 3-də oyandım və başımın sürətlə fırlandığını hiss etdim. Karantin müddətində isə yeməyiniz, dərmanlarınız, təmiz geyimləriniz, dəsmalınız və telefonunuz da olur. İnsanlarla görüntülü də danışa bilirsiniz, lakin qısa müddətlik də olsa insanlarla əlaqəniz kəsildiyi üçün divarları yumruqlamaq hissi gəlir.

Vəziyyətimin kritik olarkən nəfəs darlığı yaşayırdım. Bu zaman ağciyərlərinizin çox yükləndiyini hiss edirsiniz" sözlərini deyib.

Həkimlər qadının tamamilə sağaldığını bildirərək ona evinə getməyə icazə veriblər.