"Tottenhem" klubu əsas qol silahı olan Harri Keyni itirə bilər.
Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, təcrübəli hücumçu komandasının sıralarını tərk edə bilər. "Tottenhem"in növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəziqə qazanmayacağı təqdirdə Keynin klubu tərk edəcəyi bildirilir. Zədə səbəbi ilə uzun müddətdir yaşıl meydanlardan kənarda qalan forvardın İngiltərə yığmasının heyətində AVRO-2020 oyunlarında iştirak edib-etməyəcəyi də dəqiq deyil. Yayılan digər xəbərlərdə isə Keynin "Mançester Yunayted"ə transfer ediləcəyi bildirilir. Futbolçunun özünün bu keçidi istədiyi yazılır.
Qeyd edək ki, 27 yaşlı futbolçunun "Tottenhem"lə 2024-cü ilə qədər müqaviləsi var.