Fransanın Strasburq şəhərindən Parisə gedən sürətli qatarın relsdən çıxdığı bildirilib.
Unikal.org Fransa KİV-ə istinadən xəbər verir ki, 348 sərnişini daşıyan Strasburq-Paris reysini edən sürətli qatar Saverne qəsəbəsində relsdən çıxıb.
Hadisə nəticəsində 21 nəfər yaralanıb, onlardan biri ağır olub. Sərnişinlərin təxliyəsi ilə bağlı işlər davam edir.