"Bu dəqiqələrdə qiymət 36 dollar civarındadır. Səhər London birjası açıldıqdan sonra bəlkə bir az da yuxarıya doğru korreksiya ola bilər, amma ümumilikdə neft bazarında vəziyyət kritikdir."
Unikal.org xəbər verir ki, politoloq Şahin Cəfərli deyib.
"Bu cür şok ucuzlaşmanın səbəbi budur ki, Rusiya hasilatı azaltmaqdan imtina etdikdən sonra OPEC+ formatı iflasa uğradı. Səudiyyə Ərəbistanı isə Rusiyanın bu həmləsinə qarşı hasilatı artırmağa qərar verdi və müştərilərə çox ucuz neft təklif etməyə başladı. Ərəblər Moskvanı təkrar masaya oturtmaq istəyir.
Koronavirusun Avropa və ABŞ-da yayılmağa davam etməsi hazırda neftin qiymətinə mənfi təsir edən amillərdən biridir. Əsas fundamental problem isə dünya iqtisadiyyatının artım tempinin zəifləməsi və yanacağa tələbatın aşağı düşməsidir."