AVRO-2021-in seçmə mərhələsində Azərbaycan futbol üzrə illi komandasının millisinin rəqibi Polşa yığmasının baş məşqçisi Miloş Stempinski maraqlı hərəkəti ilə diqqət çəkib. 35 yaşlı mütəxəssis komandanın məşqinə atla gəlib.
Unikal.org xəbər verir ki, Polşa Futbol Federasiyasının fotoqrafı Paula Dudanın çəkdiyi fotolar "Laczynaspasja"ya saytında yayımlanıb.
Saytın verdiyi xəbərdə bildirilir ki, polşalı baş məşqçi futbolçularla mərc etdiyi üçün bu addımı atıb.
M.Stempinski Moldova ilə ev matçında rəqib qapısından 3 top keçirəcəkləri təqdirdə, məşqə atla gələcəyini söyləyib. Görüş komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşdığı üçün o, vədini növbəti məşq ərəfəsində gerçəkləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi martın 11-də Polşa ilə üz-üzə gələcək. "ASK Arena"da keçiriləcək görüş saat 18:00-da start götürəcək. Çexiya, Moldova, Polşa və İspaniya ilə birgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk matçında səfərdə pireneylilərə 0:4 hesabı ilə uduzub.