Dünən Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə əmanətlərin sığortalanması müddətinin uzadılması barədə qanun layihəsi daxil olub.
Unikal.org xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda “əmanətlərin sığortalanması müddətinin uzadılması haqqında” qanunun müddəti bitib:
"Dünən bu layihənin müddətinin uzadılması üçün ölkə başçısının imzası ilə, Milli Məclisə qanun layihəsi daxil olub. Bütün əhalini bu məsələ maraqlandırdığı üçün ən yaxın vaxtlarda bu məsələ Milli Məclisdə müzakirə olunub, qəbul ediləcək”.