Türkiyənin məşhur aktrisası Hande Soral Nişantaşıda jurnalistlərin obyektinə tuş gəlib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, qripə tutulduğunu söyləyən Hande Soral, çox öskürdüyü üçün jurnalistlərlə danışmaqda çətinlik çəkib.
Bildirilir ki, son dövrlərin ən təhlükəli xəstəliklərindən koronavirus haqqında danışan Soral “Bununla bağlı tədbir görmüşəm. Həkimlərimlə daim əlaqədəyəm” deyərək, koronovirusdan qorunduğunu vurğulayıb.
Daha sonra aktrisa jurnalistlərə təşəkkür edərək onlardan uzaqlaşıb.