Yeni növ COVID-19 - koronavirus infeksiyasının pandemik olduğu elan edilib.
Unikal.org "TASS"-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə təşkil edilən brifinqdə bildirib.
"Önümüzdəki günlərdə və həftələrdə yoluxma hallarının, ölümlərin və təsirə məruz qalan ölkələrin sayının artacağını gözləyirik... COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəldik", - təşkilat rəhbəri belə deyib.