Rusiyanın Tomsk şəhərində televizor mağazasında qəribə hadisə baş verib. 

Unikal.org  xəbər verir ki, prezident Vladimir Putinin yeni konstitusiya qanun layihəsi sayəsində yenidən prezidentlik kürsüsünə oturacağına qəzəblənən şəxs əsəb keçirdib və olduğu mağazada televizorları əlindəki çəkiclə qırmağa başlayıb. 

Həmin anlar mağazadakı müşahidə kameralarına əks olunub. Hadisə yerinə gələn polis əməkdaşları şəxsi nəzarət altına alıb. 


Gülayə Mecid