Koronavirusun yayılması səbəbindən gələn turistlərin sayında ciddi azalma müşahidə olunan Tailandda ac qalan meymunlar küçələrə çıxıblar.

Unikal.org xəbər verir ki, meymunların ac qalması turistlərlə də əlaqədardır. Belə ki, Tailanda gələn turistlər həmin meymunlara yemək verirdilər. Koronavirus səbəbindən ölkəyə gələn tuirstlərin sayında 44% azalma müşahidə olunduğu üçün meymunlar ac qalıb.

Bütün gün ərzində yemək tapmaq üçün küçələrə çıxan meymunların bir banan üzərində dalaşdıqları da görünüb.