Türkiyə prezidentinin nümayəndəsi ölkədəki koronavirus epidemiyası fonunda, bir həftəyə planlı olmayan məktəb tətillərinin elan edildiyini, Rəcəb Tayyib Ərdoğanın xarici səfərlərinin təxirə salındığını deyib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə Nazirlər kabinetinin koronavirusla mübarizə üzrə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
İ.Kalın bildirib: "Martın 16-dan etibarən bütün orta məktəblərdə planlaşdırılmamış tətil elan ediləcəyi və 23 Martdan etibarən şagirdlərin uzaqdan təhsil alacağı qərara alınıb. Martın 16-dan universitetlər üç həftəlik bağlanacaq".
O əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus ilə əlaqədar yaranan xarici səfərləri təxirə salacaq.