Ermənistanda martın 13-dən bağça, orta məktəb və ali təhsil məktəbləri bağlanıb.
Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
Ölkədə təhsilin yenidən başlayacağı vaxt açıqlanmayıb.
Hökumət başçısı koronavirusla bağlı yaranmış vəziyyətə görə məzuniyyətini dayandıraraq işə qayıdıb. O, konstitusyaya dəyişiklik etmək üçün keçiriləcək referendumla əlaqədar məzuniyyətə çıxmışdı.
Ermənistanda koronavirusa daha 2 nəfərin yoluxduğu barədə məlumat yayılıb.
Qeyd edək ki, martın 12-də Ermənistanda 4 nəfərin virusa yoluxduğu, 57 nəfərin isə karantinə alındığı barədə rəsmi məlumat yayılmışdı.