ABŞ və Braziliya prezidentləri ilə danışıqlarda iştirak edən Braziliya Prezident Rabitə Katibi Fabio Vayngartendə yeni bir növ koronavirusun (Kovid-19) olduğu müəyyən edilib.
Unikal.org məlumat verir ki, bundan sonra katib karantinə alınıb.
Belə ki, görüş zamanı katiblə yaxın təmasda olan prezident D.Trampa yoluxma qorxusu qeyd olunub. Lakin Tramp açıqlamasında tam sağlam olduğunu və bundan narahat olmadığını bildirib.