İstanbulun  Kadıköy bölgəsində özbək vətəndaşı olan gənc qadına qarşı oğurluq hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, şübhəli şəxs  gənc qadına yaxınlaşıb özünü polis kimi təqdim edərək, sənədlərini tələb edib. Daha sonra həmin şəxs qadının çantasını əlindən alaraq onu gözləyən avtomobilə doğru qaçıb. Lakin, çantasını əlindən buraxmayan qadın müqavimət göstərərək bir neçə metr yerdə sürünüb. 

Həmin anlar təhlükəsizlik kameralarında əks olunub. Polis araşdırma qrupunun apardığı əməliyyat nəticəsində oğrunun kimliyi bəlli olub. Belə ki, polis qrupları, özünü polis olaraq təqdim edən və Özbək qadının çantasını oğurlayan şübhəlinin azərbaycanlı Sadıq S. olduğunu müəyyən edilib. 

Qeyd edək ki,  həbs olunan azərbaycanlı barəsində cinayət işi açılaraq, məhkəmə işləri başladılıb.