“Yalnız son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu o deməkdir ki, hazırki neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. Biz neftin qiymətini 55 dollardan götürmüşük. Amma hazırda neftin qiyməti 30-35 dollardır. Mən insanları təşvişə düşməməyə çağırıram”.