Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkəti 14 mart tarixindən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırıb.
Unikal.org xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, qərar martın 24-dək qüvvədə olacaq.
Qeyd olunub ki, həmin vaxt üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.