Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.

Unikal.org-un  TASS-a istinadən verdiyi məlumata görə, RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.

Məlumatda qeyd olunur ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.

Analoji addım Özbəkistanla bağlı da atılıb.